8 Sentyabr 2019 17:59
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edilib.

Teleqraf.com AFFA-nın saytına istinadla xəbər verir ki, Sladan Josipovicin səhhətində problem yarandığı üçün yan xətt hakimi Alain Heiniger olacaq.

Xatırladaq ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Görüşünün əsas baş hakimi Sandro Scharer olacaq.


Müəllif: Teleqraf.com