22 Sentyabr 2014 23:12
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lionel Messinin qardaşı oğlu "Barselona"nın futbol məktəbində oxuyacaq.

ANS PRESS-in məlumatına görə, Lionelya Aqustin Messi 6-11 yaşlı uşaqların çıxış etdiyi komandanın bütün lazımlı testlərini verməyi bacarıb. Gənc futbolçunun əmisindən fərqli olaraq işlək ayağı sağ ayağıdır.

Belə bir təcrübə artıq "Barselona"nın əsas komandasında var. Belə ki, yarımmüdafiəçi Serxio Busketsin qardaşı oğlu Serxi Samper ispan klubunda oynayır. O, ilk oyunu Çempionların Liqasında "APOEL"ə qarşı keçirib.

Qeyd edək ki, Lionel Messi 2000-ci il dən 2003-cü ilə qədər "Barselona"nın uşaqlardan ibarət komandalarında oynayıb. Katalon klubunun heyətində altı dəfə İspaniya çempionatının qalibi olan argentinalı iki dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb.


Müəllif: