“Milan”ın hücumçusu Zlatan İbrahimoviç mayın 11-də İtaliyaya qayıtmalıdır.
Teleqraf.com xəbər verir ki, o, xüsusi təyyarə ilə Milana dönəcək. İsveçli oyunçu 2 həftə karantində qalacaq, bundan sonra koronavirus testi verəcək.
Tibbi muayinədən də keçdikdən sonra o, komandası ilə məşqlərə başlayacaq.