"Azerreyl" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Teleqraf.com Bakı təmsilçisinin rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, klub Azərbaycan millisinin üzvü Yuliya Kərimovanı heyətinə qatıb.
Qeyd edək ki, Yuliya Kərimova son olaraq İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edib. Ölkəyə qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 35 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb.