FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu il keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə 2021-ci ildə təşkil ediləcək və 12 sentyabr - 3 oktyabr tarixlərini əhatə edəcək.
Mundial əvvəlcədən nəzərdə tutulduğu kimi Litvada olacaq.
FIFA həmçinin, qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını da açıqlayıb.