7 İyun 2020 11:57
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayer”in yarımmüdafiəçisi Florian Virç Bundesliqanın tarixinə düşüb.

Teleqraf.com xəbər verir ki, gənc futbolçu 30-cu turda “Bavariya” ilə görüşdə (2:4) qol vurmaqla Bundesliqada yeni rekorda imza atıb.

Meydana 2-ci hissə başlayanda çıxan almaniyalı futbolçu 89-cu dəqiqədə rəqib qapısına yol tapmaqla komandasını böyühesablı məğlubiyyətdən xilas edib.

Virç bununla, Bundesliqada qol vuran ən gənc futbolçu adını qazanıb. O, 17 yaş 1 aylığında buna nail olub.

Buna qədər rekord Nuri Şahinə məxsus idi. Türk futbolçu 17 yaş 2 aylığında Bundesliqada qol vurmuşdu.


Müəllif: Teleqraf.com