18 Sentyabr 2020 16:45
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report" xəbər verir ki, Türkiyə təmsilçilərindən "Beşiktaş" "Milan" (İtaliya) - "Bodo Qlimt" (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qalatasaray" Xorvatiyanın "Hayduk" (Split" komandasını üstələsə, "Villem II" (Hollandiya) / "Reyncers" (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq.

"Alanyaspor" isə Norveçdə "Rusenborq"u yenə bilsə, İstanbulda "Mura" (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək.

Oyunlar oktyabrın 1-də keçiriləcək.


Müəllif: Teleqraf.com