Çempionlar Liqasının F qrupunda mübarizə aparan Türkiyənin “Başakşehir” klubu PSJ ilə qarşılaşmada meydanı tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Spor Arena” məlumat yayıb.
Qarşılaşmanın 16-cı dəqiqəsində baş məşqçi Okan Burukun köməkçisi Pier Vebo qırmızı vərəqə alıb. Bundan sonra “Başakşehir”in hücumçusu Demba Ba oyunun dördüncü hakiminin irqçilik etdiyini bildirib.
Xatırladaq ki, qarşılaşmanın dördüncü hakimi rumıniyalı Sebastian Kolteskundur.