20 Mart 2021 20:14
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq bu il xarici tamaşaçıların Tokioda keçiriləcək Olimpiadaya gəlməsinə icazə verilməyəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi nümayəndələrinin onlayn görüşündən sonra verilən açıqlamada bildirilib.

Açıqlamada bildirilib: "Yaponiya tərəfi, (Olimpiya oyunlarına) xarici bilet alıcıları üçün vəziyyəti aydınlaşdırmaq və bu mərhələdəki səyahət planlarını aydınlaşdırmaq məqsədilə Olimpiya və Paralimpiya Oyunları zamanı onların Yaponiyaya gələ bilməyəcəkləri qənaətinə gəldi".

Eyni zamanda bu açıqlamanın müəllifləri tezliklə xarici azarkeşlərə biletlərin geri qaytarılması mexanizmini izah edəcəklərinə söz veriblər.

"Kiodo" agentliyi qeyd edib ki, təşkilatçılar xarici könüllülər üçün girişi açmamağa da qərar veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər