Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunun növbəti oyunu keçirilib.
Teleqraf.com xəbər verir ki, son çempion “Yuventus” öz meydanında autsayder “Benevento” komandasını qəbul edib.
Görüş gözlənilmədən qonaqların minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.
Oyunda yeganə qolun müəllifi 69-cu dəqiqə Adolfo Qaiçi olub. Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran “Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. “Yuventus” isə 55 xalla üçüncü yerdə qərarlaşıb.