Azərbaycan Premyer Liqasının XXVI turunda üz-üzə gələn "Sabah" və "Qarabağ" komandaları oyundan öncə İkinci Dünya müharibəsində Qələbənin 76 illiyini qeyd ediblər.
Teleqraf.com xəbər verir ki, oyunçular meydana üzərində "9 May - Babalarımızın zəfər mirası" sözləri yazılmış xüsusi bannerlə çıxıblar.