7 İyul 2021 01:44
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Teleqraf.com-un məlumatına görə, finala vəsiqə uğrunda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutan matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edib.

Oyunun ilk hissəsində qapılara top vurulmayıb. Hesabı 60-cı dəqiqədə italiyalılar açıblar. "Skuadra Adzurra"nın heyətində Federiko Kyeza fərqlənib. 80-ci dəqiqədə İspaniya millisinin hücumçusu Alvaro Morata tarazlığı bərpa edib. Görüşün əsas vaxtı heç-heçə ilə bitdiyindən əlavə 30 dəqiqə oynanılıb. Hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan Roberto Mançinin baş məşqçi olduğu kollektiv adını finala yazdırıb.

Qeyd edək ki, İtaliya millisinin finaldakı rəqibi İngiltərə və Danimarka arasında keçiriləcək digər yarımfinal matçının qalibi olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər