12 Yanvar 14:54

"Qarabağ" yeni transferini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Yaqelloniya" klubundan gürcüstanlı qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Quqeşaşvili "Qarabağ"da 23 nömrəli forma ilə çıxış edəcək. 22 yaşlı qapçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.


Müəllif: Teleqraf.com