25 May 12:08
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanova ali mükafatı təqdim edilib.

Teleqraf.com xəbər verir ki, mükafatı AFFA prezidenti Rövnəq Abdullayev verib.

Abdullayev Qurbanovu “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Baş məşqçi isə verilən yüksək qiymətə görə dərin minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com