"Neftçi"nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.
"Ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələsə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.