2022-ci ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.
Teleqraf.com xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən “Qızıl top”un təqdimetmə mərasimində “Kopa Trofi” də sahibini tapıb.
Bu mükafat İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qaviyə verilib.
O, Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Cud Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”), Rayan Qravenberx (Niderland, “Bavariya”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendeş (Portuqaliya, PSJ), Camal Musiala (Almaniya, “Bavariya”), Bukayo Saka (İngiltərə, “Arsenal”) və Florian Vitsi (Almaniya, “Bayer”) qabaqlayıb.