28 Mart 2023 00:25
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.

Meydan sahibləri 3-cü dəfə fərqləniblər.

79-cu dəqiqədə Viktor Dyekereş adını tabloya yazdırıb.

İsveç seçməsi hazırda 3:0 hesabı ilə öndədir

***

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda növbəti qol vurulub.

Meydan sahibləri ikinci dəfə fərqlənməyə müvəffəq olublar.

Daha doğrusu, Azərbaycan yığmasının müdafiəçisi Bəhlul Mustafazadə 65-ci dəqiqədə avtoqol müəllifi olub.

İsveç seçməsi hazırda 2:0 hesabı ilə öndədir

***

Stokholmdakı “Friends Arena”da İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyununda hesab açılıb.

Meydan sahibləri 38-ci dəqiqədə fərqləniblər.

Yarımmüdafiəçi Emil Forsberq dəqiq zərbə ilə Azərbaycan yığmasını mərkəzə dəvət edib.

İsveç seçməsi hazırda 1:0 hesabı ilə öndədir

***

Stokholm şəhərində İsveç və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin II tur oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı fransalı Stefani Frapparın rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.


Müəllif: Teleqraf.com