26 Aprel 2023 23:39
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya çempionatında IX tura yekun vurulub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tedjon Xana Sitizen” səfərdə “Çonbuk Motors”a qalib gəlib - 2:1.

24 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 51-ci dəqiqədə matçda hesabı açıb. Bu, Krivotsyukun Cənubi Koreya çempionatında ilk qolu olub.

“Tedjon Xana Sitizen” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər