29 May 2023 09:33
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real Madrid” futbol klubunun fransız hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının yüksək divizionunda çıxış edən klublardan biri Benzemaya illik 100 milyon avro maaşla iki illik müqavilə təklif edib. Fransız bu variantı nəzərdən keçirir.

Eyni zamanda, “Real Madrid” Kərim Benzema ilə müqaviləni uzadıb.

Komandada “Qızıl top”u qazanan futbolçu ilə avtomatik olaraq yeni müqavilə imzalamaq qaydası var.

Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir. Hücumçunun klubla hazırkı müqaviləsi, əgər yenidən imzalanmayıbsa, 2023-cü il iyunun 30-da başa çatacaq.


Müəllif: Teleqraf.com