23 İyun 2023 19:29
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasını bitirib.

Teleqraf.com xəbər verir ki, paytaxt klubunun yaydığı məlumata görə, son 5 mövsümü “Səbail”də keçirmiş yarımmüdafiəçi 34 yaşında futbolla vidalaşıb.

Hazırda veteran oyunçunun karyerasını Bakı klubunda digər ampluada davam etdirməsi ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120-si “dənizçilər”in payına düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər