Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərli çıxış etdiyi Albaniyanın “Eqnatiya” klubu ilə birlikdə Ermənistanın paytaxtı İrəvana yollanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə forvard özü instaqram hesabında paylaşım edib.
Onun komandası Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Ararat”la üz-üzə gələcək. Qarşılaşma sabah oynanılacaq.