Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.
Teleqraf.com-un məlumatına görə, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.
“Dalğa Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb.
Qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran belçikalılar F qrupunda liderliyə yüksəliblər. Azərbaycan yığması isə hesabındakı 1 xalla sonuncu yerdə qalıb.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.
***
Azərbaycan və Belçika milliləri arasında “Dalğa Arena”da keçirilən AVRO-2024-ün seçmə mərhələsinin V tur oyununda ikinci hissə başlayıb.
Qarşılaşmada fasilə başa çatıb.
İlk yarıdan sonra qonaqlar 1:0 hesabı ilə öndədirlər.
***
Azərbaycan və Belçika milliləri arasında “Dalğa Arena”da keçirilən AVRO-2024-ün seçmə mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.
Qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.
Qarşılaşmada hələlik yeganə qolun müəllifi Yannik Karraskodur.
***
Azərbaycan və Belçika milliləri arasında “Dalğa Arena”da keçirilən AVRO-2024-ün seçmə mərhələsinin V tur oyununda hesab açılıb.
Qonaq komanda 38-ci dəqiqədə fərqlənib.
Yarımmüdafiəçi Yannik Karrasko dəqiq zərbə ilə Azərbaycan yığmasını mərkəzə dəvət edib.
Belçika seçməsi hazırda 1:0 hesabı ilə öndədir.
***
Bakıda Azərbaycan və Belçika milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin V tur oyunu başlayıb.
Qarşılaşma saat 17:00-da start götürüb.
Matçı serbiyalı Nenad Minakoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.