20 Noyabr 2023 13:26
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canni De Byazi növbəti dəfə Azərbaycan jurnalistlərinə hörmətsizlik etdi, daha doğrusu tərbiyəsizlik. Jurnalistlər ondan fərqli olaraq işlərini peşəkarcasına və vicdanla görür. İtalyan isə sadəcə vaxt keçirməklə məşğuldu. Konfransda dedikləri biabırçılıqdı.

Teleqraf.com xəbər verir ki, bunu futbol şərhçisi Sənan Şəfizadə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin jurnalistlərə qeyri-etik davranışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Canni De Byazi FIAT adlandırdığı milli komandamızın səviyyəsini bilirdi:

"Onu ölkəmizə Braziliya millisində işləməyə dəvət ediblər? Müqaviləyə imza atmazdan öncə Azərbaycan yığmasının vəziyyəti məlum idi. Bacarmayacaqdınsa götürməzdin. İkincisi, bizim jurnalistlərin sualına cavab verə bilmirsən, əgər Türkiyə və ya İngiltərədə işləsəydin necə olardı? Orada adi uğursuzluğa görə məşqçini tənqid, hətta bəzən təhqir edirlər. Özünə hörmət edən məşqçi maaşının azaldılması müqabilində müqaviləni artırmaz. İsveç üzərində qələbə heç kimi aldatmamalıdır. Bir qələbəylə milli düzəlmir. Diqqət edin: illərdi milli ancaq qrupdakı son və heç nəyi həll etməyən matçlarda bizi sevindirir. Bu uğur deyil".

Şərhçi qeyd edib ki, 5 ya 8 xal fərqi yoxdur, nəticə qrupdan çıxmaqdır, o da bizlik deyil:

"Heç olmasa normal oyun göstərək. De Byazi millini 4 il geri atdı. Milli çox acınacaqlı durumdadır. Ən pisi isə azarkeşlərin komandadan üz döndərməsidir. İnsanlar millinin oyununa getmir, maraqlanmır. Çünki beziblər. Adam var səhhətinə görə yığmanı izləmir. İndi millini yerli məşqçiyə tapşırmaq və ən azı 2 il nəticə tələb etməmək lazımdır. Yeni məşqçini də asan iş gözləmir. Çünki millidə oynayacaq yüksək səviyyəli futbolçular çox deyil".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər