“Liverpul” 90-cı dəqiqədən sonra 43-cü dəfə qol vuraraq İngiltərə Premyer Liqasındakı rekordunu yeniləyib.
Teleqraf.com xəbər verir ki, “qırmızılar” “Kristal Pelas”a qarşı səfər matçında Harvi Elliotun 90+1-ci dəqiqədə vurduğu qolu sayəsində 2:1 hesablı qələbə qazanıb.
Baş məşqçi Yurgen Kloppun rəhbərliyi altında Mersisayd təmsilçisinin son dəqiqələrdə vurduğu qolların sayı isə 17-dir ki, bu da ümumi göstəricinin 40 faizini təşkil edir.
Qeyd edək ki, 1992-ci ildə əsas qoyulmuş Premyer Liqada almaniyalı çalışdırıcı cəmi 8 ildir ki, işləyir.
“Arsenal” isə 32 qolla turnir tarixində sözügedən göstəriciyə görə ikincidir. Bu statistikada ilk "beşliy"ə “Tottenhem” (31), “Mançester Yunayted” (29) və “Çelsi” (26) daxildir.