18 İyun 00:59
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyun baş tutub.

Teleqraf.com xəbər verir ki, Fransa millisi Avstriya ilə üz-üzə gəlib.

Görüşün taleyini bir qol həll edib. Maksimilian Vöberin 38-ci dəqiqədə avtoqolu fransızlara qələbə qazandırıb.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

***

00.58

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ikinci hissə başlayıb.

Teleqraf.com xəbər verir ki, Fransa yığması hazırda hesabda öndədir - 1:0.

Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

***

2024.06.17 - 23.56

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda ilk hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Fransa yığması fasiləyə öndə yollanıb.

Avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

***

23:41

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupundakı Avstriya - Fransa oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, avstriyalı Maksimilian Vöber 38-ci dəqiqədə avtoqol müəllifi olub.

***

23.03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının D qrupunda daha bir oyuna start verilib.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da Avstriya - Fransa matçı başlayıb.

Görüşü ispan Xesus Gil Manzano idarə edir.

Ötən gün bu qrupda Niderland yığması Polşanı məğlub edib - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər