27 İyun 23:05
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yeniyetmə cüdoçusu Bahadur Feyzullayev (50 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, idmançı finalda Ukrayna təmsilçisi Rostislav Kostrikinlə üz-üzə gəlib.

Rəqibini məğlub edən Feyzullayev turnirin qalibi olub.

Daha əvvəl eyni çəkidəki Məhəmmədəli Hüsiyev bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün Nihad Rəhimov (60 kq) və Diana Eldarova (48 kq) da üçüncü yer uğrunda görüşə çıxacaqlar.

Yarış iyunun 30-da başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər