Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.
Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.