14 Yanvar 19:23
210
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sevilya"nın futbolçusu Kike Salas mərc dələduzluğuna görə həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Müdafiəçi dostlarının mərc oyunlarında pul qazanması üçün bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. 22 yaşlı ispaniyalı futbolçudan əlavə ona yaxın olan daha iki gənc barəsində istintaq aparılır. İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış milli polis bölməsi tərəfindən aparılır. Bu, ötən mövsümün son oyunları ilə bağlıdır.

Salas 2023/24 mövsümündə 10 sarı vərəqə alıb. Onların 7-ni o, son 9 oyunda alıb.

Qeyd olunur ki, Kike Salas 6 aydan 3 ilə qədər həbs cəzası ala bilər. O, bu mövsüm "Sevilya"nın heyətində 16 matça çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər