“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar 2024-cü ildə 42 dəqiqəlik oyuna görə 101 milyon avro qazanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
32 yaşlı oyunçu bir illik fasilədən sonra oyuna çıxıb və ikinci oyunda yenidən zədələnib.
Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın "Paris Sen-Jermen" klubundan "Əl-Hilal"a keçib. Yeni komandada o, 5 oyun keçirib və bir qol vurub.