Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini yeniləmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Khabar" nəşri məlumat yayıb.
Yeni razılaşmaya əsasən, Ronaldo 2026-cı ilin iyun ayına qədər "Əl-Nəsr"də çıxış edəcək. O, yeni müqavilə çərçivəsində illik 200 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ildən "Əl-Nəsr" klubunda çıxış edir və komandanın liderlərindən biri hesab olunur.