15:21
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüşdə Cənubi Qafqazda təhlükəsizlik sahəsində mövcud vəziyyət, sülhün bərpası perspektivləri, həmçinin qarşıya çıxan çağırışlar və onların həlli üçün görülən tədbirlər müzakirə edilib. Nazir Mirzoyan bildirib ki, Ermənistan hökumətinin əsas prinsipləri qonşularla münasibətlərin tənzimlənməsi, ərazi bütövlüyü və suverenliyə tam hörmət edilməsi, həmçinin iqtisadi inkişafın əhəmiyyəti ilə bağlıdır. O vurğulayıb ki, bu prinsiplər Ermənistanın gələcək addımlarını müəyyən edəcək və əsas istiqamətləri olaraq qalacaq”, - məlumatda deyilir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər