10 Yanvar 21:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri daha iki yoxlama oyununu idarə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.

“Maqdeburq” və Kiyev “Dinamo”su arasında görüşdə Rauf Allahverdiyev, “Novi Pazar”la “Kanvon”un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub.

“Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) 3:1

Baş hakim: Rauf Allahverdiyev.

Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.

“Novi Pazar” (Serbiya) – “Kanvon” U-23 (Cənubi Koreya) 1:1

Baş hakim: Əkbər Əhmədov.

Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər