İspaniyanın "Qranada" klubunun futbolçusu Eddi İsrafilov milli komandamızın düşərgəsinə qoşulmaq üçün Bakıya yola düşüb.
ANS-in məlumatına görə, Eddi bu haqda Feysbuk səhifəsində xəbər verib.
Eddi İsrafilov bu barədə foto da paylaşıb. Futbolçu qardaşı və anası ilə birlikdə ölkəmizə gəlir.
Eddi sabahdan millimizin Malta ilə oyunun təlim-məşq toplanışına qoşulacaq.
Qeyd edək ki, martın 28-də millimiz AÇ-2016 seçmə mərhələsi çərçivəsində Maltanı qəbul edəcək.