25 Mart 2015 15:33
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın Neymar transferindəki müzakirələr bitmək bilmir.

Teleqraf.com xəbər verir ki, hazırda Kataloniya klubunun keçmiş prezidenti Sandro Rosell və indiki prezident Jozep Bartomeunun həbs olunması məsələsi gündəmdədi.

İspaniyada Milli Məhkəmə Prokurorluğu "Barselona"nın Neymarın transferindəki vergi qaçırıldığı iddiasıyla əlaqədar istintaqını tamamlayarkən şok həbs cəzası istəməsi aləmi bir-birinə vurub.

Prokurorluq hazırladığı iddianamədə Bartomeu üçün 2 il 3 ay, sabiq klub rəhbəri Rosell üçün isə 7 il həbs istəyib.

Rosell transferdən sonra təzminat qiymətinin 57 milyon avro olduğunu açıqlamış, daha sonra Bartomeu transfer üçün ödənilən ümumi məbləğin 86,2 milyon avro olduğunu bildirmişdi.

İspan mətbuatı isə bu rəqəmin 95 milyon avro ətrafında olduğunu iddia etmişdi, ancaq ortaya çıxan son rəqəmlər isə bu transferin "Barselona"ya daha baha başa gəldiyini göstərib.

Ödənməsi lazım olan vergilər, Rosell, Bartemou və "Barselona"ya kəsilən cəzalarla birlikdə Neymar transferi 158, 3 milyon avroya başa gələcək.

Rəqəmlərlə Neymar transferi

İmza pulu ("Santos"): 17,1 milyon avro
3 oyunçunun satın alma haqqı ("Santos"): 7,9 milyon avro
İmza bonus (Neymar): 10 milyon avro
Oyunçu haqqları (N & N): 40 milyon avro
Skaut ödənişi (N & N): 2 milyon avro
Menecerin ödənişi (N & N): 4 milyon avro
Vəqfə (N & N): 2,5 milyon avro
Komissiya (menecerlik): 2,7 milyon avro
Əlavə Bəyannamə: 13,5 milyon avro
Dostluq matçı ("Santos"): 4,5 milyon avro
"Qızıl Top" finalı (Neymar): 2 milyon avro
Pul cəzası (Sandro Rosell): 25,1 milyon avro
Pul cəzası (Jozep Bartemou): 3,8 milyon avro
Pul cəzası ("Barselona"): 22,2 milyon avro

Rüstəm


Müəllif:

Oxşar xəbərlər