3 Aprel 2015 09:08
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bavariya"nın ispaniyalı futbolçusu Xabi Alonso keçmiş klubu "Real"dan (Madrid) ayrılmasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə futbolçu "FİFA Weekly"yə danışıb. O, yeni macəra yaşamaq üçün "Bavariya"ya getdiyini bildirib:

"Ötən mövsüm Çempionlar Liqasının finalında əzəli rəqibimiz "Atletiko"nu məğlub etdikdən sonra fərqli macəra yaşamaq istədim. Bu səbəbdən Avropanın ən yaxşı çempionatlarından və komandalarından birinə gəldim. "Real"la 2016-cı ilə qədər müqaviləm olsa da, getməyimə icazə verdiyi üçün Madrid təmsilçisinin rəhbərliyinə təşəkkür edirəm".

Xatırladaq ki, "Real"ın heyətində çıxış edən zaman Alonso 158 oyunda 4 qol vurub.

Rüstəm


Müəllif: