"Şalke"nin yarımmüdafiəçisi Maks Mayer İspaniyanın nəhəng komandalarından birinə keçmək niyyətindədi.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Maksi Mayer öz açıqlamasında bunları deyib:
"Hər uşaq bir gün "Barselona" və ya "Real"da oynamağı xəyal edir. Bu iki klub dünyanın ən yaxşılarıdı və mən də bir gün İspaniyada oynamaq istəyərdim".
Yazılanlara inansaq, hazırda katalon klubu Mayerlə maraqlanır.
Rüstəm