“İrəli” İctimai Birliyi, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilati dəstəyi ilə gənclər təşkilatları arasında peyntbol üzrə çempionat keçirilir.
Teleqraf.com xəbər verir ki, çempionatda 20 gənclər təşkilatı mübarizə aparır.