25 Aprel 2015 11:17
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Essex Universitetində azərbaycanlı tələbələrinin təşəbbüsü, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Baku-2015” ilk Avropa Oyunlarının tanıtımı keçirilib.

Teleqraf.com xəbər verir ki, universitetin şəhərciyində təşkil edilən stenddə “Baku-2015” ilk Avropa Oyunları ilə əlaqədar ingilis dilində nəşr edilən reklam-çap məhsulları, broşuralar, jurnallar və.s nümayiş etdirilib.

Tədris mərkəzində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri müxtəlif ölkələrdən olan tələbələrə İlk Avropa Oyunları və ölkəmizdə keçiriləcək digər mötəbər idman tədbirləri haqqında ətraflı məlumat veriblər.

Tanıtım kampaniyası tələbə və müəllim heyəti tərəfindən maraqla qarşılanıb.

Rüstəm


Müəllif: