3 May 2015 17:42
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyvezer arasında “əsrin döyüşü” hesab edilən qarşılaşma baş tutub.

Publika.az xəbər verir ki, 12 raundluq döyüşün nəticələrinə əsasən, amerikalı idmançı mübarizədən qalib ayrılıb. Rinqdə filippinli idmançı daha fəal olsa da, müdafiə texnikasını seçən Floyd fürsət düşdükcə qüvvətli zərbələr endirməyə çalışıb.

Mübarizəni canlı şəkildə yaxından izləmək üçün arenaya çoxsaylı dünya ulduzları təşrif buyurub.

Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada 3 dünya çempionu titulu oynanılıb. Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyvezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur.

Nəticədən asılı olmayaraq amerikalı “Yaraşığ”ın qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.

Döyüşə satılan biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, bəzi mənbələr ilk sıraya biletin 55-100 min dollara satıldığını iddia edib.

Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi boksçu Məhəmməd Əli verdiyi açıqlamada Menni Pakyaonu dəstəkləyəcəyini açıqlamışdı.


Müəllif: