Mayın 8-dən 10-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
Yarışda 50 ölkədən 383 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Bunlardan 228-i kişi, 155-i isə qadın cüdoçudur.
Yarışda Azərbaycanı 35 (23 kişi, 12 qadın) cüdoçu təmsil edəcək.