"Borussiya" yeni mövsüm üçün ilk transferini edib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Dortmund təmsilçisi "Bayer"də (Leverkuzen) oynayan Qonzal Kastro ilə dörd illik müqavilə imzalayıb.
27 yaşlı yarımmüdafiəçi "Bayer"dən ayrılması isə bağlı qərarını asanlıqla vermədiyini deyib: "Bayer"də çox gözəl illərim keçib. Bu klubu heç vaxt unutmayacam".
Qeyd edək ki, Q.Kastro indiyə kimi təkcə Leverkuzen təmsilçisində oynayıb.