29 May 2015 21:49
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya Dortmund"un baş məşqçisi Yurgen Klop İngiltərə klubunu çalışdıra bilər.

ANS PRESS-in məlumatına görə, baş məşqçi cari mövsümün sonunda Dortmund klubunu tərk edəcək. Klop Brendan Rodcers "Liverpul"un baş məqşçi postundan ayrılacağı təqdirdə onu əvəzləyə bilər. Artıq bu barədə İngiltərə mətbuatında məlumatlar yayılmağa başlayıb.

Daha öncə Yurgen Klop bir müddət fasilə etmək istəyini açıqlamışdı. Bir müddət futboldan uzaqlaşmaq istəyən 47 yaşlı mütəxəssis 30 may tarixində "Borussiya"nın baş məşqçisi kimi son matçına çıxacaq. "Dortmund" Berlində keçirəcək Almaniya kuboku finalında "Volfsburq"la görüşəcək.

Qeyd edək ki, Klopun klubdan ayrılmasından sonra "Maynts"ın sabiq baş məşqçisi Tomas Tuxel "Borussiya Dortmund"un yeni məşqçisi postuna gətiriləcək.


Müəllif: