5 İyun 2015 16:00
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel Di Mariya haqqında PSJ-yə keçəcəyi barədə yayılan xəbərləri təkzib edib.

Teleqraf.com xəbər verir ki, argentinalı futbolçu növbəti mövsümü "Mançester Yunayted"in heyətində keçirəcəyinə işarə vurub:

"Bu, mənim üçün çətin mövsüm oldu. Çünki fərqli ölkəyə və liqaya gəldim. Həm də İspaniya liqasından daha güclü bir liqaya... Yeni şəraitə uyğunlaşa bilmədim. Amerika kubokunda çıxış etmək üçün Çiliyə yollanacam, sonra isə növbəti mövsümə hazırlaşmaq üçün "Mançester Yunayted"ə qayıdacam".

Rüstəm


Müəllif: