29 İyun 2015 13:00
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Mladost” (Çernoqoriya) oyununun hakimləri müəyyənləşib.

Teleqraf.com-un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçiriləcək matçı türkiyəli hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Ali Palabıyık olacaq. Ona Cem Satman və Ceyhun Səsigözəl köməklik edəcək. Dördündcü hakim funksiyasını isə Hakan Ceylan yerinə yetirəcək.

"Neftçi" - "Mladost" oyunu iyulun 2-i keçiriləcək. Matç 21:00-da start götürəcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər