"Avro-2016"nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya yığmasının baş məşqçisi Antonio Konte danışılmış oyunlarda şübhəli bilinir.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, bu barədə prokuror Roberto di Martino açıqlama verib.
O, 2010/2011 mövsümündə B seriyasında mübarizə aparan "Siena"nın "Novara" və "Albinoleffe" ilə keçirdiyi qarşılaşmaların danışılmış oyunlar siyahısına daxil edildiyini bildirib. Həmin mövsümdə "Siena"nı məhz Konte çalışdırıb.
Qeyd edək ki, 2012-ci ildə aparılmış araşdırmalar nəticəsində onun məşqçilik fəaliyyətinə 10 ay qadağa qoyulmuşdu. Sonradan onun cəzası 4 ay azaldılmışdı.