24 İyul 2015 12:37
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Atletik” (İspaniya) – “İnter” (Azərbaycan) görüşünün başlama vaxtı bəlli olub.

“San Mames” stadionunda keçiriləcək oyun iyulun 30-da, yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) baş tutacaq. “Atletik” – “İnter” matçının biletləri isə iyulun 29-dan satışa çıxarılacaq.

Qeyd edək ki, “İnter” əvvəlki təsnifat mərhələlərində “Laçi” (Albaniya) və “Hafnarfyordur”u (İslandiya) mübarizədən kənarlaşdırıb.

Publika.az


Müəllif: