Argentina millisinin futbolçusu klub yarışlarının finallarında 25-ci qolunu vurdu.
Teleqraf.com xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi İspaniya Superkuboku uğrunda "Atletik"lə oyunda (1:1, birinci matç - 0:4) rəqib qapısına yol tapdı.
Klubun saytının verdiyi xəbərə görə, argentinalı bununla da bir il ərzində beşinci klub yarışında fərqləndi. O, daha öncə Çempionlar Liqası, İspaniya La Liqası, İspaniya Kuboku və Avropa Superkubokunda qol vurub.
Messi 5 İspaniya Superkuboku oyununda qol vurmuş ilk futbolçu kimi tarixə düşüb (2009, 2010, 2011, 2012, 2015).
Qeyd edək ki, Messi Superkub görüşlərində aktivinə 11-ci qolu yazdırıb. İkinci pillədə isə 7 qolla "Real"ın canlı əfsanəsi Raul Qonzales qərarlaşıb.
Rüstəm