29 Avqust 2015 11:16
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya" erməni futbolçusu Henrik Mxitaryanın Bakıya buraxılmayacağı iddialarına münasibət bildirib.

Dortmund klubunun mətbuat xidmətinin rəhbəri Saşa Fligge bu xəbərlərin doğru olmadığına ümid etdiyini deyib:

"Henrik bizim üçün çox önəmli oyunçudur. O, son həftələrdə parlaq çıxışı ilə seçilir".

Qeyd edək ki, Ermənistan milli komandasının yarımmüdafiəçisi olan Mxitaryanın oktyabrın 22-də Avropa Liqasınn qrup mərhələsində "Qəbələ"yə qarşı Bakıda keçiriləcək qarşılaşmada iştirakından örtü viza ala bilməyəcəyi iddia edilir Buna səbəb kimi onun 2011-ci ildə Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi göstərilib. Hətta Azərbaycan sərhədlərini qanunsuz keçdiyi üçün onun həbs edilməsinin mümkünlüyü də vurğulanıb.

Xatırladaq ki, "Borussiya" Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.

Trend


Müəllif:

Oxşar xəbərlər