8 Sentyabr 2015 14:21
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA-nın prezidenti Mişel Platini Bakıya gələcək.

Teleqraf.com xəbər verir ki, səfər AFFA-nın dəvəti ilə oktyabr ayında baş tutacaq. M.Platini Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və AÇ-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcək.

Qeyd edək ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində də iştirak edib.

Xatırladaq ki, Mişel Platini FIFA prezidenti vəzifəsinə namizəddir.


Müəllif: