9 Dekabr 2015 22:38
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt kubokunun 1/4 final mərhələsinin “Al Yahra” - “Xaitan” oyununda maraqlı hadisə baş verib.

Oyunun gedişində matçın baş hakiminin qərarlarından narazı olan komandalardan birinin rəhbərlərindən olan şeyx meydana çıxaraq, referinin qərarlarına etiraz edib. Referinin ona meydanı tərk etməsi ilə bağlı xəbərdarlığından sonra isə şeyx hakimə zərbə endirib. Maraqlıdı ki, matçın baş hakimi də şeyxi cavabsız qoymayıb. Bundan sonra davaya rəqib komandanın da rəhbərliyinin qoşulmasıyla stadion müharibə meydanına dönüb.

Qarşılaşma isə 3:2 hesabıyla “Xaitan”ın qələbəsiylə nəticələnib.

Komanda.az həmin görüntüləri təqdim edir:


Müəllif:

Oxşar xəbərlər